Bəqərə, 51. Və (yadınıza salın) o zaman(ı) ki, Musa ilə qırx gecə vədələşdik (ki, həmin müddət ərzində Tur dağında Tövratı ona vəhy edək). Həmin vaxt siz ondan (o getdikdən) sonra buzova ibadət etməyə başladınız və həmin halda zalım idiniz.

Həzrət Əli (ə) buyurur: “Məzluma kömək və qəmgini şad etmək böyük günahların kəffarələrindəndir.”



FİTRƏ ZƏKATI: KİM VƏ KİMƏ ÖDƏMƏLİ? NECƏ VƏ NƏ QƏDƏR?

Tarix : 04-07-2016 12:53

 
Fitrə zəkatının vacib olma şərtləri
 
Qonağın fitrə zəkatı
225. Təkcə Fitr bayramı gecəsi mükəlləfin evinə gələn qonağın fitrəsinin hökmü nədir?
Cavab: Onun fitrəsi ev sahibinin öhdəsinə deyildir.
 
226. Əgər Fitr bayramı gecəsi insanın evinə qonaq gəlsə və o, sübh vaxtı bayram olduğunu başa düşsə, qonaqların fitrəsi ev sahibinə vacibdirmi?
Cavab: Hilalın göründüyündən xəbərsiz olmaq, fitrənin verilməsinin hökmündə təsir qoymur. Əvvəldə qeyd olundu ki, bir gecəlik qonağın fitrəsi onun öz öhdəsinədir.
 
227. Əgər qonaq öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülürmü?
Cavab: Qonaq ev sahibinin çörək yeyəni sayıldığı təqdirdə əgər o, ev sahibinin icazəsi ilə və onun tərəfindən öz fitrəsini versə, ev sahibinin öhdəsindən götürülür.
 
Fəqirin fitrə zəkatı
228. Maddi imkanı olmayan şəxsin fitrə zəkatı verməsi vacibdirmi?
Cavab: Əgər fəqir olsa, fitrə zəkatı vermək ona vacib deyildir. Əgər bu şəxsdə üç kiloqram buğda və ya bu kimi qida məhsulu varsa, yaxud da bu məhsulların qiyməti qədər pulu varsa, onu fitrə zəkatı ünvanında verməsi müstəhəbdir. Əgər himayəsində yaşayan şəxslər varsa, bu şəxs həmin məhsulu və ya pulu fitrə ünvanında ailə üzvlərinin əlində dolandıra bilər və yaxşı olar ki, axırıncı şəxs onu özlərindən olmayan bir fərdə versin.
 
Dolanışıq xərclərini təmin edən qadının fitrə zəkatı
229. Əgər ərin ehtiyacı olduğu üçün qadın dolanışıq xərclərinin təmin olunmasında kömək edərsə, onların fitrə zəkatını kim verməlidir?
Cavab: Əgər qadın kişinin çörək yeyəni hesab olunarsa, ər imkanı olduğu təqdirdə özünün və həyat yoldaşının fitrə zəkatını verməlidir. Əgər qadın ərinin və başqasının çörək yeyəni olmasa, qadının özü fitrə zəkatını verməlidir.
 
Naşizə qadının (Ərin haqlarına riayət etməyən qadın)  fitrə zəkatı
230. Ərinin cinsi istəklərinə cavab verməyən qadının fitrə zəkatı ərin öhdəsindən götürülürmü?
Cavab: Xeyr, ər onun fitrə zəkatını verməlidir. Ancaq əgər qadın başqasının çörək yeyəni olarsa, onun fitrə zəkatı ərin öhdəsindən götürülər.
 
Ərin fitrə zəkatı verməməsi, zövcənin və övladın vəzifəsi
231. Əgər ata fitrə zəkatı verməsə, onun zövcəsi və övladının vəzifəsi nədir?
Cavab: Onların bir vəzifəsi yoxdur və fitrə zəkatı vermələri lazım deyildir.
 
Fitrə zəkatının verildiyi qida məhsulu və onun miqdarı
 
Fitrə zəkatının verildiyi qida məhsulu
232. Fitrə zəkatı adətən istifadə edilən və məlum qida məhsulu ilə verilməlidir, yoxsa şəri qida məhsulu ilə verilməlidir?
Cavab: Əgər buğda, arpa, xurma, düyü və bu kimi qida məhsulu ilə verilsə, kifayət edir və əksər hallarda istifadə edilən qida məhsulunda inhisarlaşmır.
 
Fitrə zəkatının miqdarı
233. Fitrənin miqdarı nə qədərdir?
Cavab: Mükəlləf özü üçün və onun çörək yeyəni sayılan fərdlərin hər biri üçün camaatın yediyi qida məhsullarından (məsələn, buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı və s.) üç kiloqram və ya onlardan birinin pulunu müstəhəqə (fitrə zəkatı verilən şəxs) verməlidir.
 
 
Fitrə zəkatının verilmə zamanı və məkanı
 
Fitrəni kənara qoymağın zamanı
234. Fitrəni kənara qoymağın və onu ödəməyin vaxtı nə zamandır?
Cavab: Şəvval ayının hilalının göründüyü sübuta yetdikdən sonra mükəlləf fitrə zəkatını kənara qoya bilər. Əgər o, bayram namazı qılırsa, ehtiyat-vacibə görə fitrə zəkatını namazdan qabaq verməli və ya kənara qoymalıdır. Əgər bayram namazı qılmırsa, Fitr bayramı gününün zöhrünə qədər təxirə sala bilər.
 
Fitrəni kənara qoymaq və ondan istifadə etmək
235. Əgər mükəlləf fitrəni kənara qoysa, onu istifadə edib sonra onun yerinə başqa mal qoya bilərmi?
Cavab: Xeyr, kənara qoyduğu malı fitrə olaraq verməlidir.
Fitrə zəkatını Ramazan ayından qabaq vermək
236. Fitrəni Ramazan ayından qabaq fəqirə vermək olarmı?
Cavab: Xeyr, kifayət etmir. Amma fəqirə borc verib, Fitr bayramı günü verdiyi borcu fitrə ünvanında hesablaya bilər.
 
Fitrə zəkatını başqa şəhərə göndərmək
237. Fitrə zəkatını başqa şəhərə göndərə bilərikmi?
Cavab: Əgər mükəlləfin yaşadığı yerdə və şəhərdə müstəhəq tapılmasa, fitrəni başqa şəhərə apara bilər.
 
Fitrə zəkatını bayramdan qabaq vermək
238. Əgər başqa bir ölkədə müstəhəq və daha ehtiyaclı fərdlər olsa, bu fərdlərə çatdırılması üçün fitrə zəkatını bayramdan bir neçə gün qabaq vermək olarmı? Əgər bu işi telefon danışığı vasitəsilə bir şəxsə tapşırsam və ölkəyə qayıtdıqdan sonra müstəhəqlərə verdiyi məbləği ona versəm, bunun hökmü nədir?
Cavab: Sizin tərəfinizdən fitrə zəkatını ödəməsi üçün özünüzə vəkil təyin etməyinizin maneəsi yoxdur. Vəkil təyin etmənin yuxarıda deyilən qaydada (yəni istər telefonda zəngləşərək, istərsə də başqa bir yol ilə) olması fərq etmir. Amma fitrə zəkatının öz vaxtında verilməsi vacibdir.
 
Fitrə zəkatını verməyi unutmaq
239. Fitrə zəkatını verməyi unutmuşam. Bunun hökmü nədir?
Cavab: Əgər fitrə zəkatı verməmisinizsə, fitrə sizin öhdənizdən götürülmür. Əda və ya qəza niyyəti etmədən onu ayırmağınız və verməyiniz vacibdir.
 
 
Fitrə zəkatının istifadəsi
 
Fitrə zəkatının verilmə qaydası
240. Fitrə zəkatını dindar olmayan fəqir ailəyə vermək olarmı?
Cavab: Fitrə zəkatında fitrə alanın ədalətli şəxs olması lazım deyildir. Amma aşkarda böyük günahları işlədən şəxsə ehtiyat-vacibə görə fitrə zəkatı verilməməlidir.
 
Nəfəqəsi vacib olan şəxsə(1)  fitrə zəkatı vermək
241. Ata ehtiyacı olan tələbə övladına fitrə zəkatı verə bilərmi?
Cavab: Əgər övladlar fəqir olsalar, ata və ana onların vacib xərclərini ödəməlidirlər. Fitrə zəkatından bir şeyi dolanışıq xərcləri üçün onlara vermək olmaz. Amma borclarını ödəmələri üçün və ya təmin edilməsi ataya vacib olmayan ehtiyaclar üçün fitrə zəkatını onlara verməyin maneəsi yoxdur.
 
Fitrənin yığılması və fəqirlər arasında bərabər bölünməsi
242.Biz fəqirlərə və yetimlərə yardım edən xeyriyyə müəssisəsi olaraq bayram namazından sonra kəndin cami məscidində fitrə zəkatını yığırıq. Bildiyiniz kimi, hər “sa”nın(2)  (payın) qiyməti müxtəlifdir. Biz əlimizə çatan məbləği toplayıb, fəqirlər arasında bərabər şəkildə bölüşdürə bilərikmi? Məsələn, bir fəqirə iyirmi “sa” yarım(3)  (yaxud yarımdan az və ya çox) verə bilərikmi? 
Cavab: Ehtiyat-vacibə görə fəqirə bir “sa”dan və ya onun qiymətindən az miqdar verilməməlidir(4) . Hətta fitrəyə müstəhəq olanların hamısına fitrənin miqdarı çatmasa belə, fəqirə qeyd edilən miqdardan az verilməməlidir. Fitrə zəkatından hər fəqirə bir neçə “sa”, hətta illik dolanışıq xərci qədər verilməsinə icazə verilir. Ehtiyat-vacibə görə fəqirə bir illik xərcindən artıq verilməsin və o da bundan artıq götürməsin.
 
Fitrə zəkatını qohumlara vermək
243. Fitrə zəkatını hədiyyə ünvanında abırlı və müstəhəq qohumlara vermək olarmı?
Cavab: Hədiyyə ünvanında verilə bilər və bunun fitrə zəkatı olduğunu ona demək lazım deyildir. Amma niyyətdə fitrə zəkatı olduğunu tutmaq lazımdır.
244. Fitrə zəkatını qardaşa vermək olarmı?
Cavab: Əgər fəqir olsa, olar. Ümumiyyətlə, fitrə zəkatını qohumlara, qonşulara, borca görə vətənini tərk edənlərə, fəqihlərə, alimlərə və üstünlükləri olan başqa şəxlərə vermək müstəhəbdir.
 
Fitrə zəkatını mədəni işlərə xərcləmək
245. Fitrə zəkatını dini maarifin yayılmasına səbəb olan mədəni və dini işlərə xərcləmək olarmı?
Cavab: Fitrə zəkatını dini maarifin yayılması yolunda xərcləməyin maneəsi yoxdur. Amma ehtiyata görə fitrə zəkatı fəqirə verilməlidir.
 
Seyidlərin fitrəsi
246. Mənim həyat yoldaşım seyidədir. Onun fitrəsinin mənim öhdəmdə olduğunu və mənim də seyid olmadığımı nəzərə alaraq, həmçinin seyidlərin fitrəsinin ayrıca alındığını nəzərə alaraq, mən həyat yoldaşımın fitrəsini seyidlərin fitrəsi üçün nəzərdə tutulan yerə verməliyəmmi?
Cavab: Fitrənin verilməsində meyar “əyal” (fitrəsi verilən) deyil, “muil”dir (fitrəni verən şəxsdir). Buna görə də siz fitrənizi seyidə verə bilməzsiniz, baxmayaraq ki, həyat yoldaşınız seyidədir.
 
Fitrə zəkatının fəqir seyidlərə verilməsi
247. Fitrəni fəqir seyidlərə vermək olarmı?
Cavab: Seyid olmayanlar seyidlərə fitrə verə bilməzlər.
 
Fitrə zəkatını ehtiyacı olan xəstənin müalicəsinə xərcləmək
248. Əgər bir şəxsin maddi imkanı yaxşı deyilsə və azyaşlı qızının böyük xərc tələb edən xəstəliyinin müalicəsi üçün pula ehtiyacı varsa, ona fitrə zəkatı vermək olarmı? Əgər sonradan onun fitrə zəkatına müstəhəq olmadığı məlum olsa, bunun hökmü nədir?
Cavab: Əgər o, fəqirdirsə, ona fitrə zəkatını vermək vacib deyildir və siz fitrə zəkatınızı ona verə bilərsiniz. Əgər onun fəqir olmadığını sonradan başa düşsəniz, bu təqdirdə, əgər sizin ona verdiyiniz mal aradan getməyibdirsə, onu geri alıb müstəhəqə verə bilərsiniz. Əgər geri ala bilməsəniz, öz malınızdan fitrə verməlisiniz.
 
 

(1) Yəni bu şəxsin (məsələn, həyat yoldaşının, övladın) lazımi dolanışıq xərclərini ödəmək mükəlləfə vacibdir.
(2)  Çəkisi üç kiloqram olan bir ölçü
(3) Yəni 20.5 “sa”
(4) Sualda deyilənlərə cavab olaraq, bir fəqirə iyirmi sa və ya iyirmi bir sa – illik dolanışıq xərcindən cox olmamaq şərtilə – verməyin maneəsi yoxdur və düzgündür. Amma iyirmi və yarım sa verməyin, ehtiyata görə maneəsi vardır və bu, iyirmi sa olaraq  hesablanır. 
 
 
 

Teqlər : FİTRƏ-ZƏKATI - - - KİM - - KİMƏ - ÖDƏMƏLİ? - NECƏ - - - QƏDƏR? -

Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
05:39
06:59
12:25
18:04
23:45
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.