Və dedik: «Ey Adəm, sən və zövcən bu bağda məskunlaşın, onun (meyvə və nemətlərinin) istədiyiniz yerindən bolluca yeyin və bu ağaca (buğda, üzüm, ya əncir ağacına) yaxınlaşmayın ki, zalımlardan olarsınız». ("Bəqərə" surəsi 35)

Həzrət Əli (ə) buyurur:
“Başqalarında eyb axtarmaq ən pis eyb və ən pis günahdır.”



`Fələstin İsrailin qarşısına sapandla yox, raketlə çıxmalıdır`

-- “ABŞ və İsrail rejimi! Qüds müsəlmanlarındır! Fələstinin işğalına son qoyun!”

Tarix : 16-05-2018 16:24

Bu gün Qələm Yazarlar Birliyinin təşəbbüsü ilə “ABŞ və İsrail rejimi! Qüds müsəlmanlarındır! Fələstinin işğalına son qoyun!” adlı dəyirmi masa keçirilib.
 
Tədbirdə siyasi partiya yetkililəri, ictimai fəallar, QHT rəhbərləri və mətbuat nümayəndələri iştirak ediblər.
 
Fələstində baş verən olaylara toxunan Qələm Yazalar Birliyinin sədri, jurnalist Qurban Cəbrayıl İsrailin yarandığı gündən dünyada qarışıq salmaq məqsədi güddüyünü, son hadisələrin isə artıq pik hədd olduğunu bildirdi.
 
Daha sonra söz alan Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev ilk öncə bütün müsəlmanların qarşıdan gələn Ramazan ayın münasibəti ilə təbrik etdi. İlahiyyatçı alim İsrail - Fələstin sərhədində törədilən qətliamın müqabilində, “biz nə etməliyik” sualını qoydu: “Düşmən hər zaman bizə təlqin edib ki, siz bacarmayacaqsınız, ümidsizlik yaradıb. Eyni şeytanın hiyləsi kimi. Lakin insanlar bu məkirli hiyləyə heç zaman uymamlı, Allah-Təalanın gücünə arxalanaraq ümidli olmalıdırlar”.
 
AİP-in sədr əvəzi Peyğəmbərimizin tərəfdarlarının ümidsizliyə düşdüyü zaman Allah-Təala tərəfindən onlara endirilən Quran ayəsinin ibrət dolu cümləsinə diqqət etməyin vacibliyinə toxundu: “Sevgili Peyğəmbərimizə iman gətirən ərəblər əmniyyət təhlükəsindən dolayı qılıncla yatırdılar. Düşmən təhlükəsi hər zaman onları təqib edirdi. Narazılıqlarını Peyğəmbərimizə bildirdikləri zaman Allah-Təala ayə göndərdi: “Siz mütləq qələbə qazanıb yer üzünə hökmranlıq edəcəksiz”. Bu, bəndələrə ünvanlanan ümid nişanəsi idi. Bu gün də silahın, mərminin qarşısında möhkəm dayanan fələstinlilər İlahinin həmin o qələbə ümidinə iman gətirən insanlardır.
 
Çıxış edən digər natiq, “DEVAMM” sədri, ilahiyyatçı-filosof İlqar İbrahimoğlu qarşıdan gələn Ramazan ayında müsəlmanlara tövsiyyə olunan “təqvalı olun” kəlməsinin mahiyyətinə doğru yanaşmanın olmadığına diqqət çəkdi: “Məkkədə icra edilən ibadətlər Qüdslə həmahənglik təşkil etmirsə, hər hansı təqvadan söhbət gedə bilməz. Təqva – siyasətdə, iqtisadiyyatda, geopalitik səviyyədə icra edilməlidir”.
 
DEVAMM rəhbəri Fələstində baş verən hadisələrin bir üzünü faciə adlandırsa da, digər üzünün böyük qələbə adlandırdı: “21-ci əsrdə liberal idealogiya dalana dirənib, sionist rejimin vəziyyəti pisləşir. İranla bağlanan nüvə sazişindən imtina son hadisələrlə birbaşa bağlıdır. Azərbaycan toplumunun reaksiyası da ötən illərə nisbətən daha yaxşıdır. Artıq Qüds məzhəbi proses deyil, fələstinlilərin bütün ağır şərtlərə rəğmən işğal edilmiş torpaqlarına qayıtmaq istəyi, işğalda olan digər müsəlman toplumları üçün də nümünədir. Qüds – mayakdır”. 
 
Dəyirmi masanın digər iştirakçısı, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı müsəlman dövlətlərinin bir araya gələcəyi təqdirdə Qüds probleminin öz həllini tapacağını açıqldı: “Türkiyədə iştirak etdiyim tədbirdə Türkiyə və İranın regionda baş verən hadisələrdə birlikdə hərəkət etməli olduğunu deyəndə, bizim bəzi deputatlar, Türkiyədə fəaliyyət göstərən jurnalistimiz mənə etiraz etdilər. Lakin hadisələr göstərdi ki, məhz Türkiyə və İran bir araya gələndə Suriyada münaqişəsində irəlləyişə nail olundu”. 
 
Fələstinlilərin seçdiyi mübarizə taktikasında toxunan QAT sədri sapandla problemin həll olunmadığını bildirdi: “Dünyada müxtəlif mübarizə üsulları var. Fələstinlilər daş-kəsəklə mübarizəni seçiblərsə, deməli öz torpaqlarını döyüşərək qaytarmaq fikrindədirlər. Belə olan halda nə üçün İsrail rejiminin qarşısına raketlə çıxmamalıdırlar?!”
 
 
 
 
 

 



Orphus system Mətndə səhv var? Onu mausla seçin və "Ctrl+Enter" düyməsini basın 

Bölmənin digər yazıları



XƏBƏR LENTİ

XƏBƏRLƏRİN ARXİVİ





Namaz vaxtları

Sübh Azanı
Günəş Çıxır
Günorta Azanı
Axşam Azanı
Gecə Yarısı
03:41
05:23
12:47
20:26
23:56
Bölgələrdə vaxt ölçüsünün Bakı ilə fərqi (dəqiqə)

Ağdam +11, Ağdaş +10, Ağsu +5, Ağcabədi +10, Ağstafa +18, Astara +4, Babək +18, Balakən +5, Beyləqan +10, Bərdə +11, Cəlilabad +6, Cəbrayıl +12, Culfa +18, Daşkəsən +15, Şabran +4, Şirvan +4, Füzul +11, Göyçay +8, Gəncə +14, Gədəbəy +16, Goranboy +12, Horadiz +10, Göygöl +14, Xaçmaz +4, İsmayıllı +6, İmişli +7, Kəlbəcər +15, Kürdəmir +6, Qax +11, Qazax +19, Qazıməmməd +4, Qəbələ +8, Quba +5, Qusar +4, Laçın +14, Lənkəran +5, Lerik +7, Masallı +5, Mərəzə +3, Mingəçevir +11, Marneuli (Tiflis) +20, Naxçıvan +18, Neftçala +3, Oğuz +11, Ordubad +16, Saatlı +6, Sabirabad +6, Salyan +4, Siyəzən +3, Sumqayıt +1, Şamaxı +6, Şahbuz +18, Şəki +12, Şəmkir +15, Şərur +18, Şuşa +13, Tərtər +12, Tovuz +16, Yardımlı +8, Yevlax +11, Ucar +8, Zaqatala +15, Zəngilan +13, Zərdab +9

|
Gün Ay İl
Miladi
Hicri

              

Həftənin günü: Julian Day:

1 Məhərrəm 7 Rəcəb
2 Səfər 8 Şaban
3 Rəbiul-əvvəl 9 Ramazan
4 Rəbiul-axır 10 Şəvval
5 Cəmadil-əvvəl 11 Zilqədə
6 Cəmadiul-axır 12 Zilhiccə

YAZARLAR

Sorğu

Saytımızda hansı mövzularda məqalələrin daha çox olmasını istərdiniz?
Əhkam
Əqaid
Quran
Əxlaq
Ailə
Həyat dərsləri
Sağlamlıq
Xəbərlər

Arxiv



XƏBƏRLƏRƏ ABUNƏ

Buradan abunə olaraq gün ərzində saytımıza yerləşdirilən məlumatları elektron poçtunuzdan oxuya bilərsiniz





SOSİAL MEDİA





Saytın Xəritəsi

Saytımızı tam şəkildə izləmək üçün GoogleCrome10+, Opera 9+,Yandex brazerlərindən istifadə edin.

16-07-2018 07:44