Fərhad Mirzə: `Bu işi bütün ruhaniyyətə qarşı zülm adlandırırıq`

Xəbər verdiyimiz kimi, Göyçay ilahiyyatçısı Adil Əhmədov Quran dərsi tədris etdiyi üçün 2 min manat cərimə olunub. Bununla bağlı ilahiyyatçı-yazar Fərhad Mirzə İslamazeri.az-a münasibət bildirib.
 
O, qeyd edib ki, “Göyçay ruhanisi, əzizimiz Hacı Adil Əhmədovun Quran dərsi keçdiyinə görə fantastik məbləğdə Göyçay Şəhər Məhkəməsi tərəfindən cərimə olunması bir daha Azərbaycanda zülmün ayaq tutub yeridiyinin açıq nümunəsidir. Bu o demək deyildir ki, birdən bir manat da cərimə olunsaydı, biz bununla razılaşacaqdıq. Ümumiyyətlə dəyərli ruhaninin belə boş ittihamlarla vaxtının alınması onun şəxsinə böyük ehtiramsızlıqdır. Biz buna qəti etirazımızı bildiririk və bu işi bütün ruhaniyyətə qarşı zülm adlandırırıq. Allah zalım qövmü hidayət etməz!”

Google+ WhatsApp ok.ru