Fələstin Müqavimət Hərəkatı İsrailin pilotsuz təyyarəsini vurdu

Fələstin Müqavimət Hərəkatı qüvvələri sionist rejimin pilotsuz təyyarəsini vuraraq yerə salıblar.
Maide.az-ın Əl-Ərəbiyə kanalına istinadən məlumatına görə, şahidlərin dediyinə görə, sionist rejiminin pilotsuz təyyarəsi Qəzzə üzərində kəşfiyyat apararkən müqavimət hərəkatı qüvvələri tərəfindən vurulub.
Digər bi məlumata əsasən, sionist rejim hərbi təyyarələri bu gün səhər Həmasın Qəzza liderlərindən olan Mahmud əz-Zaharın evinə bombalayıblar. Hələlik Həmas rəsmiləri bu xəbəri təsdiqləməyiblər. 2003-cü ildə sionist rejim qüvvələrinin əz-Zaharın evinə hücumu zamanı onun övladlarından biri şəhid olmuşdu.
Fələstin KİV-ləri məlumat verir ki, sionist rejim Qəzzə xəstəxanasına xəbərdarlıqe edib. Qəzzə xəstəxanasının rəsmiləri bildirib ki, sionist rejim mesaj göndərib ki, və orada bu gün səhərə kimi (çərşənbə günü) xəstəxananın boşaldılması tələb olunub. Cinayətkar Sionist rejim  ordusu indiyədək Qəzzə xəstəxanasını iki dəfə hücum edib.
Sionist rejim həmçinin Qəzzə əhalisinə mesajlar göndərərək onların evlərinə aviazərbələr endirəcəyi ilə hədələyib. İndiyədək 100  nəfərə belə hədələyici mesajlar çatdırlıb.
Qeyd edək ki, sionist rejim quldurlarının Qəzzəyə hücum etdiyi gündən indiyədək Qəzzədə 204 nəfər şəhid və 1485 nəfər yaralanıb. KİV-lərin məlumatına görə, şəhid olan şəxslərin 77 faizi dinc əhalidir.

Google+ WhatsApp ok.ru