Fələstindən dəhşətli görüntülər (VİDEO)

Fələstində İsrail ordusunun Qəzzaya qarşı həyata keçirdiyi əməliyyatların yeni videosu yayılıb. ANS-in məlumatına görə, video binanın partladılmasından sonra baş verən çəkilişdir. Çəkilşdə partlayışdan qəlpə yarası alan gənc oğlanın silah səsləri eşitdikdə durub qaçmağa çalışması uğursuz alınır. Belə ki, ordu tərəfindən istiqamətli atəş nəticəsində qaçmaq istəyən gənc ayağından yaralanır və sümüyü sınır. Yaralı həmyerlilərinin dəstəyi ilə qırmızı xaç və qırmızı aypara maşınları olan bölgəyə çatdırılır və təcili tibbi maşınla götürülür.

Google+ WhatsApp ok.ru