`Fələstin 8 maddəlik atəşkəs sənədini qəbul etdi` iddiası

Misirdə atəşkəsin təmin edilməsi üçün həyata keçirilən görüşlərdə 24 saatlıq atəşkəsin qəbulundan əvvəl Fələstin tərəfinin 8 maddəlik atəşkəs formulunu qəbul etdiyi, İsrail rejimi tərəfindən isə cavab gözlənildiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, bu barədə "Anadolu Ajans" Misir səlahiyyətlilərdən xəbər alıb. Məlumatda bildirilir ki, fələstinli qruplar Qəzza mühasirəsinin ləğvi və sərhəd qapılarının açılması başda olmaqla əsas tələblərdən ibarət olan atəşkəs sənədini qəbul edib. 
 
Fələstin tərəfinin qalıcı atəşkəsin təmin edilməsi üçün qəbul etdiyi bildirilən atəşkəs sənədinin ən əhəmiyyətli maddələri isə belə sıralanıb:
 
"Qəzza mühasirəsinin qaldırılması, sərhəd qapılarının açılması, beynəlxalq müşahidəsi altında bölgəyə inşaat ləvazimatlarının girişi, Qəzzanın abadlığı, Qəzzalı balıqçıların ov məsafəsinin artırılması, sözügedən sənədin imzalanmasından 1 ay sonra liman və əsirlər mövzusunun müzakirələrinə başlanması."
 
Sionist mediası isə yazır ki, işğalçı rejimin baş naziri Binyamin Netanyahu, müdafiə naziri Moşe Yalon, Baş Qərargah başçısı Benny Gantz və Ümumi Təhlükəsizlik Xidməti başçısı Yoram Cohen atəşkəs barədə görüşüblər.

Google+ WhatsApp ok.ru