Fələstindən BMT Təhlükəsizlik Şurasına təcili yığıncaq çağırışı

Fələstinin BMT Missiyası İsrail rejiminin qeyri-qanuni məskunlaşma əraziləri qurmaq fəaliyyətləri səbəbiylə BMT Təhlükəsizlik Şurasına təcili yığıncaq çağırışı edib. Fəlistinin BMT daimi müşahidəçisi Riyad Mənsur İsrail rejiminin Şərqi Qüdsdə yeni məskunlaşma əraziləri qurmaq qərarı verməsini iki dövlətli həll səylərini korladığını bildirib.
 
Maide.az xəbər verir ki, Riyad Mənsur BMT-nin baş katibi Pan Gi Mun, BMT TŞ və BMT Baş Katibliyinə göndərdiyi məktubda keçən həftə sionist rejimin Şərq Qüdsün Şufat diyarındakı Ramat Shlomo ilə Əbu Guneym dağındakı Har Homada min ədəd yeni mənzil inşasına təsdiq verdiyini xatırladıb. Bu qərardan sonra sionist rejim Fələstinlilərə aid 35 evi qəsb ediblər.
 
Mənsur İsrailin Məscidi Əqsadakı provokativ hərəkətlərinə də diqqəti çəkərək, BMT Təhlükəsizlik Şurasına mövzunu təcili yığıncaqda müzakirə etməyə və İsrailin qeyri-qanuni hərəkətlərini dayandırma çağırıb. 

Google+ WhatsApp ok.ru