Fələstinli hərəkatlar yəhudi sinaqoquna hücumu İsrailin zülmlərinə qarşı təbii reaksiya adlandırıblar

HƏMAS, “İslami Cihad Hərəkatı” və bir sıra digər mübarizə hərəkatları Qüdsdə iki fələstinlinin yəhudilərə hücumunu dəstəklədiklərini bəyan ediblər.

İnterAz-ın "əl-Məyadin"-ə istinadla verdiyi xəbərə görə, HƏMAS və “İslami Cihad Hərəkatı” bu gün səhər iki fələstinli tərəfindən həyata keçirilən hücumun, İsrailin zülmlərindən sonra təbii olduqlarını qeyd ediblər.

Sözügedən mübarizə hərəkatları bu hücumu ötən gün bir fələstinlinin asılaraq öldürülməsi və İsrailin əl-Əqsa məscidi ilə bağlı atdığı addımları ilə əlaqələndiriblər və intiqam xarakterli addımların davam etdirilməsini istəyiblər.

Xatırladaq ki, bu gün səhər saatlarında iki fələstinli Qüds şəhərindəki bir yəhudi sinaqoqu ətrafında 7 israillini öldürüb, 13 nəfəri isə yaralayıb. Onlardan 5 nəfərin vəziyyəti ağırdır. /

 

Google+ WhatsApp ok.ru