Fələstinli qadın İsrail əsgərləri tərəfindən güllələnib

Fələstində bir qadın Sionist rejim təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək ağır xəsarət alıb. Onun 22 yaşlı Beyt Fəccar sakini Amal Camal Taqətqa adlı qadın olduğu bildirilir.

İnterAz-ın Fələstinin "Maan" agentliyinə istinadən məlumatına görə, Sionist rejim ordusu idda edib ki, həmin qadın Qərb Sahili regionunun cənub hissəsində yəhudi məskunlardan birinə bıçaqla xəsarət yetirdiyi üçün İsrail əsgərləri tərəfindən güllələnib.

Ordunun açıqlamasına görə, Betlehemin cənubunda, Quş Etzion məntəqəsi yaxınlığında bıçaqlanan İsrailli ciddi xəsarət alıb. "Ərazidə olan təhlükəsizlik qüvvələri şübhəli şəxsi dərhal zərərsizləşdirmiş və yaralını xəstəxanaya çatdırmışdır" - həmin açıqlamada deyilir. Lakin, əldə edilən məlumatlara görə, bıçaqlanan İsrailli qız yüngül xəsarət alıb.

Şahidlərin sözlərinə görə, İsrail əsgərləri həmin qadına cəmi 20 metr məsafədən bir neçə dəfə atəş açıblar. Dörd güllə yarası alan qadın yaxınlıqdakı Hədəssə hospitalına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Şahidlər bildirib ki, sionist rejim qüvvələri Fələstinin Qızıl Aypara cəmiyyətinin üzvlərinə bir müddət yerdə uzanan yaralı qadına kömək etməyə imkan verməyiblər.

Qeyd edək ki, Sionist rejim ordusunun həmin hadisəylə bağlı nisbətən əvvəl yaydığı açıqlamada isə fələstinli qadının İsrail əsgərini bıçaqladığı bildirilirdi. /

Google+ WhatsApp ok.ru