Fələstinlilər İsrail işğalanın bitməsini istəyirlər

Fələstin rəsmiləri yeni kampaniyaya başlayıblar. Buna səbəb BMT Təhlükəsizlik Şurasının 2016-cı ili İsrail rejiminin Fələstin torpaqlarını işğal etməsinin sonuncu tarixi kimi müəyyən edən qətnaməyə erkən səsvermə keçirilməsi istəyidir.  
 
Maide.az xəbər verir ki, dekabrın 14-də Fələstin Azadlıq Təşkilatının rəsmisi Vassel Abu Yusif bildirib ki, Fələstin hakimiyyəti dekabrın 17-si Təhlükəsizlik Şurasına müraciət edərək, işğala son qoyulması haqqında qətnamənin səsverməyə çıxarılması üçün təklif irəli sürəcək. 
 
Fələstinin bu addımları bir ay öncə İordaniya tərəfindən irəli sürülən layihəyə əsaslanır. Layihədə göstərilib ki, 2016-cı ilin noyabr ayı İsrail işğalının son tarixi olsun. Amma bu təklif hər zaman olduğu kimi, yenə də sionist rejimin himayəçisi olan ABŞ tərəfindən rədd edilib.  
 
Xatırladaq ki, son zamanlar Avropa ölkələrinin böyük əksəriyyəti Fələstin dövlətini dəstəkləyən qanun layihəsini ölkə parlamentlərindən keçirib. Həmin layihələr ikidövlətli həlli nəzərdə tutur. Amma bu sənədlərin heç birində ikidövlətli həll üçün hansı sərhədlərin nəzərdə tutulduğu qeyd edilmir. Yəni, Fələstinin 1948, 1967-ci il, yoxsa hansı sərhədlər daxilində qəbul edildiyi göstərilmir. 
 
Qeyd etmək yerinə düşərdi ki, sionist İsrail rejimi illərdir blokada altında saxladığı Qəzzaya 7 iyulda təcavüz etmiş 26 avqustda əldə edilən atəşkəslə hücumlarına son vermişdi. Hücumlarda 2 min 158 nəfər şəhid olmuş, 11 mindən artıq adam yaralanmışdı. Sözügedən hücumlarda minlərlə tikili tamamilə dağıdılıb, on minlərlə bina da zərər görmüşdü.
 
Hücumlar nəticəsində 28 min 366 ev zərər görüb. Bunlardan 3 min 329-u tamamilə, 23 min 445-i qismən, 1592 ev isə tamamilə dağıdılıb.
 
İsrail rejiminin həbsxanalarında isə hazırda 7 mindən çox fələstinli var.//

Google+ WhatsApp ok.ru