Fələstindəki siyasi partiyalardan BMT-yə müraciət

Fələstindəki siyasi partiyalar Birləşmiş Millətlər Təhlükəsizlik Şurasına təqdim edilməsi planlaşdırılan layihədə, Birləşmiş Millətlərin (BMT) daha əvvəl verdiyi qərarlar əsasında dəyişikliklər edilməsinə çağırıb.
 
Maide.az xəbər verir ki, partiyaların nümayəndələri yenidən BMT-yə təqdim edilməsi düşünülən layihənin keçmişdə verilən və "Bölgü Planı" kimi də tanınan 1947-ci ilin 181 saylı, Fələstinli qaçqınların yurdlarına qayıdışını nəzərdə tutan 1948-ci ilin 194 nömrəli, 1967-ci il 242 saylı və İsrailin işğal etdiyi torpaqlardan çəkilməsi ilə Fələstin dövlətinin qurulmasını nəzərdə tutan 1973-cü il 338 saylı qətnamələrə əsaslandırılmasını istəyib.
 
Fələstin Xalq Partiyasının baş katibi Besa Əs-Salihi verdiyi açıqlamada layihənin eyni şəkildə yenidən təqdim olunmasına qarşı çıxaraq, "Fərqli mövzulara müraciət etməyə ehtiyac yoxdur. Əlimizdə BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının verdiyi qərarlar var. Biz yalnız 181, 194 və 242 saylı qətnamələrin tətbiq edilməsini tələb edən qısa və yığcam bir layihə təqdim edək", - deyib.

Google+ WhatsApp ok.ru