Fələstindən Netanyahuya ağır cavab

“Netanyahunun açıqlamaları sülhün deyil, İsrailin irqçi və radikal siyasətinin xəbərçisidir”

“Beynəlxalq ictimaiyyətdən tək istəyimiz İsrailin beynəlxalq hüquqa əsaslanan öhdəliklərini yetirməsinə çağırış etməkdir”.
 
Maide.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Fələstin-İsrail problemində Fələstin tərəfinin danışıqlara başçılıq edən rəsmisi, Xalq Azadlıq Təşkilatının sədri Saib Ərəkat Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.
 
O görüşdə bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahunun açıqlamaları sülhün deyil, İsrailin irqçi və radikal siyasətinin xəbərçisidir.
 
S.Ərəkat yeni İsrail hökumətinin Fələstin torpaqlarında “Apartheid” (irqçilik) rejimini qurmaq istədiyini söyləyib və sözlərinə əlavə edib ki, beynəlxalq ictimaiyyət İsrailin sülhü gecikdirmək addımlarına göz yumur.
 
Xatırladaq ki, B.Netanyahu dünən verdiyi açıqlamada İsrail-Fələstin məsələsinin tək dövlətli həllinə razı olmadığını bildirib. O, yəhudi dövlətini tanıyan və silahsızlaşdırılmış Fələstin dövlətini dəstəklədiyini bildirib./

Google+ WhatsApp ok.ru