Fələstinli balıqçı sionist hərbçilər tərəfindən vurulub

Bbu gün səhər sionist hərbçilərin Qəzzanın Əl-Sudaniyyə sahili yaxınlığındakı balıqçılara və onların qayıqlarına qarşı hücumunda bir gənc fələstinli balıqçı yaralanıb.
 
Maide.az xəbər verir ki, bu gün səhər həmçinin sionist hərbçilər Qüdsün müxtəlif məntəqələrinə basqın edərək, 8 fələstinlini həbs ediblər.
 
Sionist hərbçilər habelə hərbi təlimlər bəhanəsi ilə Əl-Əğvarda 4 mənzilə basqın edərək, fələstinlilərdən mənzillərini boşaltmağı əmr ediblər.
 
Xatırladaq ki, cari ilin əvvəlindən bəri sionist hərbçilər 15 dəfədən çox 20 fələstinli ailədən istəyiblər ki, hərbi təlimlərə görə mənzillərini boşaltsınlar.

Google+ WhatsApp ok.ru