Fələstində `İsrail` məhsullarına qarşı boykot kampaniyası

Fələstinli qadınlar bir kampaniya təşkil edərək, sionist rejim mallarının boykot edilməsini istəyiblər.

Maide.az xəbər verir ki, sionist rejim mallarını boykot edən qadınlar dünən İordan çayının qərb sahilində yerləşən Nablus şəhərində, xüsusən mübarək Ramazan ayı ərəfəsində bu malların boykot edilməsini istəyiblər. 

Sionist rejim mallarını boykot edən qadınlar aksiyasda səsləndirdikləri şüarlarda sionist rejim mallarının boykot edilməsini milli vəzifə adlandırıblar. Onlar fələstinli tacirlərdən də istəyiblər ki, sionist qəsəbələrdə istehsal olunan məhsulları fələstinli bazarlarına daxil etməsinlər.

Google+ WhatsApp ok.ru