Fələstinlilərin sionist hərbçilər tərəfindən həbs olunmaları davam edir

İordaniyanın rəsmi xəbər agentliyinin məlumatına görə, sionist hərbçilər bu on fələstinlini dünən qərb sahilində yerləşən Cenin, Əlxəlil, Nablus və Beyt Ləhm şəhərlərində həbs ediblər.
 
Maide.az xəbər verir ki, İsrail rejimi ordusu müxtəlif səbəb və bəhanələrlə hər gün İordan çayının qərb sahilində yerləşən şəhər və kəndlərə basqın və onlarla fələstinlini həbs edir.
 
Hazırda təqribən yeddi min fələstinli sionist rejim məhbəslərində pis şəraitdə həbsdədir. Bununla bağlı politoloq Fuad Əlrazəm fələstinli əsirlərin İsrail rejimi məhbəslərində İslam, vətən və öz əqidələrini müdafiə etmələrinə toxunaraq, deyib ki, sionistlər fələstinli məhbusların müqaviməti qarşısında məğlubiyyəti qəbul etməkdən başqa bir çarə tapmayıblar.
 
Fuad Əlrazəm deyib ki, fələstinli əsir Şeyx Xizr Ədnan aclıq elan etmək və özünün digər addımları ilə sionist rejimi zəlilliklə üzləşdiribdir. O, əlavə edib: Sionistlərin ötən illərdə fələstinli əsirləri təzyiq altında qoymaq üzrə bütün səyləri uğursuz qalıb.

Google+ WhatsApp ok.ru