Fələstinli gəncin həbsindən sonra Qüdsdə toqquşma

İşğalçı sionist rejim hərbçiləri tərəfindən qəsb olunmuş Qüdsdə fələstinli gəncin həbsi bu rejim qüvvələri ilə fələstinli gənclər arasında şiddətli toqquşmarla nəticələnib.
Maide.az xəbər verir ki,  yerli fələstinli mənbələr xəbər veriblər ki, işğalçı sionist rejim hərbçiləri bu gün səhər qəsb olunmuş Qüdsün şimalında yerləşən Kəfər Əqəb məntəqəsinə basqın edərək, bir fələstinli gənci həbs ediblər və onun ardınca sionist qüvvələrlə fələstinli gənclər arasında şiddətli toqquşma baş verib.
Hələlik bu toqquşmanın ehtimal olunan tələfatı haqda məlumat yayılmayıb.
Sionist hərbçilər həmçinin İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində fələstinliləri gündəlik həbsetmə əməliyyatı istiqamətində Nablusda bir, Beyt Ləhmdə iki, Cenində bir və Ramullahda iki fələstinlini həbs edərək, özləri ilə naməlum məkana aparıblar./

Google+ WhatsApp ok.ru