Fələstinlilərin mənzillərini dağıtmağa göstəriş verildi

BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi bildirib: İsrail İordan çayının qərb sahilində fələstinlilərə məxsus təxminən 13 min binanın sökülməsinə göstəriş verib.
 
Maide.az-ın məlumatına görə, BMT-nin humanitar məsələlər üzrə koordinasiya ofisi bazar günü verdiyi hesabatında bildirilib ki, sökülmə göstərişi ilə əlaqədar çox az sayda halların icra olunmasına baxmayaraq, bu göstərişlər üçün etibarlılıq müddətinin olmadığına görə, fələstinli ailələr daim şübhə və təhdidlər içində qalıblar. 
 
Bu məlumata görə, İsrail rejimi cari ilin əvvəlindən İordan çayının qərb sahilində təxminən 356 binanı icazəsi olmamaq bəhanəsi ilə dağıdıb.

Google+ WhatsApp ok.ru