`Fələstin Milli Şurasının İclası təxirə salınmalıdır`

Həmas Siyasi Büro sədri Xalid Məşəl Fələstin Milli Şurası Toplantısının "milli razılaşma əldə olunana qədər" təxirə salınmasına çağırıb.
 
Maide.az xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirdiyi mətbuat konfransında danışan Məşəl İsrail rejiminin 24 avqustdan bu günə qədər Fələstinlilərin Məscidi Əqsaya girişini məhdudlaşdırmasını "təhlükəli hadisə" - deyə qiymətləndirərək, Məscidi Əqsanın və Fələstin müqəddəslərinin azad edilməsi üçün ümumi həyəcan və "bütün formaları ilə müqavimət" çağırışı edib.
 
Qətər, Səudiyyə Ərəbistanı, Türkiyə, Mərakeş, İordaniya, Ərəb və İslam dövlətlərindən Məscidi Əqsanın azad edilməsi üçün hərəkətə keçmələrini istəyən Məşəl, "Qüdsdəki insanları, Qəzzadakı Fələstinliləri bütün məhdudiyyətlərə baxmayaraq, Məscidi Əqsa üçün etiraza çağırırıq. Hamını müqavimət göstərməyə çağırırıq" deyə danışıb.
 
Fələstin Milli Şurasının İclasını "fərdi bir baxışla, müzakirəsiz" surətdə həyata keçirməyin ayrılığı zirvəyə aparacağını söyləyən Məşəl, toplantının təxirə salınmasına çağırış edib.

Google+ WhatsApp ok.ru