Fələstinlilərlə sionist əsgərlər arasında toqquşma

Yəhudi mühacirlərin Nablus şəhərində yerləşən `Yusif məqamına` girməsinə etiraz edilib

Maide.az Fələstin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, İsrail rejimi əsgərləri təxminən 200 yəhudi mühaciri sıx təhlükəsizlik tədbirləri altında Nablus şəhərindəki "Yusif məqamına" keçməsini təmin edib. Yəhudilərin məqama girişinə etiraz edən fələstinli gənclərlə İsrail əsgərləri arasında qarşıdurma yaranıb. 
 
Yəhudilər Nablus şəhərində yerləşən "Yusif məqamında" Həzrət Yusif Peyğəmbərin (ə) qəbri olduğunu bildirirlər. Ancaq bir çox arxeoloq həmin qəbirin yalnız bir neçə əsr tarixi olduğunu qeyd edərək, bu inancın doğru olmadığını, qəbirin Yusif Əd-Duveykat adlı müsəlmana aid olduğunu bildirilər.

Google+ WhatsApp ok.ru