Fələstinli müqavimət qruplarından Misirə etiraz

Fələstinli müqavimət dəstələri Misirin Qəzza sərhədinə dəniz suyu vurmasını pisləyib

Maide.az xəbər verir ki, İslami Cihad Hərəkatı, Fələstin Xalq Qurtuluş Cəbhəsi, Fələstin Demokratik Xalq Qurtuluş Cəbhəsi, Əhrar Hərəkəti, Mücahidin Hərəkatı və Xalq Müqavimət Komitələrinin birgə yazılı açıqlamada, "Misirin çəkdiyi boru kəməri vasitəsilə Qəzza sərhədinə dəniz suyu vurması" pislənilib.
 
Açıqlamada, "Sərhəd bölgəsinin altına dəniz suyu vurmaq, geniş kənd təsərrüfatı sahələrinin məhv olmasına, akiferlərin çirklənməsinə səbəb olacaq. Həmçinin sərhəddə evləri olan vətəndaşlara zərər verəcək" deyilir.
 
Misir orqanlarına, "Fələstin xalqına və torpaqlarına qarşı törətdiyi bu cinayətdən çəkinmək" çağırışı edilən açıqlamada, Misirin Fələstin xalqına dəstək verməsinin gözlənildiyi qeyd olunub.
 
Xatırladaq ki, Misir ordusu Qəzza tunellərini yıxmaq məqsədilə sərhəd boyunca çəkdiyi boru kəməri vasitəsilə 11 sentyabrda dəniz suyu vurmağa başlamışdı. Misir rəhbərliyi oktyabr ayından bəri Qəzza sərhədində, xüsusilə də Rifah şəhərində 2 kilometrlik tunellərdən təmizlənmiş sahə əmələ gətirmək üçün işlər görür.

Google+ WhatsApp ok.ru