Fələstin Dövlətinin bayrağı BMT-nin binası qarşısında keçirilən mərasimlə qaldırılıb - FOTO

Fələstin Dövlətinin bayrağı BMT-nin Baş Məclisində qəbul olunan qərardan sonra keçirilən mərasimlə ilk dəfə Birləşmiş Millətlər Təşkilatında qaldırılıb.
 
Maide.az xəbər verir ki, Fələstinin BMT üzvlüyü üçün mühüm olan daha bir dəstək alınıb. BMT-də "Üzv olmayan müşahidəçi dövlət" statusunda yer alan Fələstinin bayrağı sentyabrın 10-də BMT Baş Məclisində qəbul edilən qərar əsasında qaldırılıb. Eyni mövqedəki Vatikanın bayrağı da ötən cümə Papanın səfəri zamanı asılmışdı.
 
Təhlükəsizlik və yer darlığı səbəbiylə BMT-nin East Reaver kənarındakı bağçada keçirilən mərasimə Fələstin dövlət başçısı Mahmud Abbas, Türkiyənin baş naziri Əhməd Davudoğlu, BMT-nin baş katibi Pan Gi-Mun, Fransa XİN rəhbəri Laurent Loran Fabius, Rusiya XİN rəhbəri Sergey Lavrov və çoxlu sayda nazir və diplomat iştirak edib.
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru