Fələstinlilərə çağırış: “Müqaviməti artırın”

“Həmas” və “İslam Cihadı” Fələstin xalqını Qərbi İordaniya və Qüdsdəki İsrail hücumlarına qarşı müqaviməti artırmağa çağırıb.
Maide.az xəbər verir ki, “Həmas” və “İslam Cihadı”ndan başqa, Xalq Müqavimət Komitələri, İldırım Qüvvələri, Əl-Əhrar Hərəkatı, Xalq Qurtuluş Cəbhəsi və Fələstin Xalq Mübarizə Cəbhəsi də bu çağırışa qouşulublar.
Bütün bu qrupların əsas çağırışı Fələstin xalqının öz torpaqlarına sahib çıxması və gələcək taleləri həll etməsi üçündür.
Fələstin müqavimət qrupları adından danışan Məhəmməd əl-Bərim Qərbi İordaniya və Qüdsdəki qəhrəmancasına mübarizsəinə görə fələstinliləri təbrik edib.
O deyib ki, hazırda Fələstin xalqı tam birlik şəklində sionist rejimə qarşı birləşib.
Qeyd edək ki, hazırda Qüdsün bir çox məhəlləsi işğalçı İsrail əsgərləri “Məscidi Əqsa”nın zəbt edilməsinə etiraz edən fələstinli gənclərə qarşı güc tətbiq edir, onlara qarşı göz yaşardıcı qaz və güllələrdən istifadə edir. / 
 

Google+ WhatsApp ok.ru