Fələstində “Qəzəb cüməsi” aksiyası ilə eyni vaxtda təhlükəsizlik tədbirləri gücləndirilib - VİDEO

Fələstinlilərin kütləvi etirazlarının qarşısını almaq məqsədi ilə sionist İsrail rejimi Qərb sahilində  və Qəzza zolağnda təhlükəsizlik tədbirlərini gücləndirilib. 
Maide.az xəbər verir ki, bu haqda məlumatı Fələstin KİV-ləri yayımlayıb. 
 
Fələstin xalqı bugün cümə namazından sonra “Qəzəb cüməsi” adlı ümumxalq etirazları keçirəcək. Fələstinli qruplar əhalini Sionist rejiminin cinayətlərinə qarşı qiyamı gücləndirməyə çağırıblar.
 
Məlumatda bildilirlir ki, 16 yaşlı fələstinli yeniyetmə Cümə günü (bu gün) səhər işğal olunmuş “Quş Etsiyun” ərazisində bir İsrail əsgərini bıçaqla yaralayıb.
 
Fələstin İnformasiya Mərkəzindən verilən məlumata görə,16 yaşlı fələstinli gəncin bu intiqam hücumundan sonra Sionist rejimi hərbçiləri tərəfindən yaralanıb və saxlanılıb.
 
Eyni zamanda, Sionist rejiminin ordusu ötən gecə bildirib ki, Əl-Xəlil şəhərinin ətrafında İşğalçı ordunun hərbi patrul bölmələrindən birinin yaxınlığında bomba partlayıb.
 
İşğalçı İsrail ordusu eləcədə Qüdsün şimalında işğal olunmuş Kuxaf qəsəbəsi yaxınlığında Həmas hərəkatının bayrağına yerləşdirilmiş daha bir bomba aşkarlayıb./
 

Google+ WhatsApp ok.ru