Fələstinli müəllim Quranı ivrit dilinə tərcümə edib

Fələstinli Quran müəllimi Sobhi Odva bu İlahi kitabi  ivrit dilinə tərcümə edib.
Maide.az xəbər verir ki, Quranın ivrit dilinə tərcümə edilməsi 1967-ci ildə işğal olunmuş Fələstin ərazilərin Nasere şəhərinə aid Təran qəsəbəsinin Quran müəllimlərindən olan Sobhi Odva tərəfindən “Quran başqa dildə”layihəsi çərçivəsində həyata keçirilib.
Bu tərcümə İordaniya paytaxtı Əman şəhərində Quran Araşdırma Mərkəzinin rəhbəri Zeyd-əl Eysin nəzarəti altında ərsəyə gətirilib.
Tərcümə min günə başa gəlib və bu tərcümənin edilməsində məqsəd İslam dinini yəhudilərə tanıtmaqdır.
Zeyd-əl Eys bu barədə deyib: İvrit dilində olan tərcümə Qurani-Kərimin məna və məzmununu çox dəqiqliklə çatdıra bilir.
O əlavə edib: Qurani-Kərimin ivrit dilinə tərcümə edilməsi yəhudilərin təəccübünə və qəzəbinə səbəb ola bilər, xüsusilə də Qurani-Kərimdə və  Tövratda oxşar rəvayətlər var ki, onları fərqi yalnız bəyan üslubundadır.
Qeyd edək ki, daha əvvəl Qurani-Kərim İsrail rəhbəri ata "Reuven Rivlin" tərəfindən ivrit dilinə tərcümə edilib, lakin Sobhi Odva deyib: Rivlin öz tərcüməsində Tövrat dilindən ilhamlanır və Quran mətni ilə yəhudi mənbələri arasında parallel yaratmağa çalışır. /
 

Google+ WhatsApp ok.ru