Fələstin səfiri: İsrail fələstinlilərin orqanlarını oğurlayır

 Fələstinin BMT-dəki səfiri Riyaz Mənsur deyib ki, İsrail  rejimi son toqquşmalarda həlak olan fələstinlilərin  orqanlarını oğurlayır.
 
 Maide.az xəbər verir ki, Riyaz Mənsur 4 noyabr tarixində  BMT baş katibi Pan Gi Muna məktub ünvanlayaraq,  qeyd edib ki, Sionist İsrail qüvvələri fələstinlilərin  cəsədlərini gözlərinin buynuz qişası olmadan və digər  orqanları çıxarılmış halda geri qaytarırlar ki, əvvəlki məlumatlar onların orqanlarının çıxarılmasını təsdiq edir.
 
O məktubda bildirib ki, tibbi analizlərin nəticələri də bu məlumatları təsdiq edir.
 
Mənsur habelə İsrailin ötən ay ərzində davamlı olaraq fələstinlilərə hücum etməsi və bu rejimin “zorakılıq və zülmkar hərəkətlər” tətbiq etməsini tənqid edib.
 
Fələstinlilərin orqanlarının oğurlanması haqda məlumatı ilk dəfə İsveçin çoxtirajlı Aftunbladt qəzeti 2009-cu ildə yayıb.
 
Nyu-York Times qəzeti də 2014-cu ilin avqustunda yazmışdı ki, İsraildə insan orqanları tacirləri bu yolla çoxlu pul əldə ediblər. Qəzet 2000-ci ildən insan orqanlarının qaçaqmalçılığı ilə bağlı işi araşdırdıqdan sonra məlumat yayıb ki İsrail rejimi insan orqanlarının qaçaqmalçılığında “mənfi rol” oynamışdır.
 
Fələstinin Əl`an xəbər saytı da bazar ertəsi günü məlumat verib ki, son hadisələrdə həlak olan bəzi fələstinlilərin cəsədinin üzərində aparılan müayinələr göstərir ki,  sionist israillilər qurbanların gözlərinin buynuz qişasını və digər orqanlarını oğurlayıblar.
 
Eyni zamanda, işğalçı İsrail son günlərdə həlak olmuş bir sıra fələstinlilərin cəsədlərini təhvil veməkdən imtina edib. /
 

Google+ WhatsApp ok.ru