Fələstinli tələbə 17 gün ərzində Quranı tamamilə əzbərləyib

Fələstinli tələbə Səbəh Vəcih əl-Qeyq Qəzza zolağında yaşayan ilk hafizdir ki, belə bir qısa nüddətə Quranı tam əzbərləməyə nail olub.
 
Maide.az xəbər verir ki, o, bununla bağlı deyib: “Qurani-Kərimi əzbərləmək mənim arzum idi və indi mən Allahın köməyi və dəstəyi ilə bu müqəddəs kitabı əzbərləyə bildim. Mehriban Yaradan mənim duamı qəbul etdi. Quranı əzbərləməkdə tətbiq etdiyim üsulu “Quranı 30 gündən az bir müddətdə necə əzbərləmək olar” adlı kitabda yazmışam və tezliklə çap ediləcək."
 
Hazırda Səbəh Vəcih “Fizika plazması” fakültəsində magistr pilləsində təhsil alır və doktorluq dərəcəsini bitirdikdən sonra Fizika sahəsində 12 elmi kitab buraxmaq niyyətindədir.
 
O, həmçinin əl-Əqsa Universitetində təhsil alarkən “Astronomiya elminə giriş” adlı kitab da yazıb./

Google+ WhatsApp ok.ru