Fələstində “Qəzəb cüməsi” aksiyası keçiriləcək, təhlükəsizlik tədbirləri gücləndirilib

Fələstinlilərin kütləvi etirazlarının qarşısını almaq məqsədi ilə sionist İsrail rejimi Qərb sahilində  və Qəzza zolağnda təhlükəsizlik tədbirlərini gücləndirilib. 
 
Maide.az xəbər verir ki, bu haqda məlumatı Fələstin KİV-ləri yayımlayıb. 
 
Fələstin xalqı bugün cümə namazından sonra “Qəzəb cüməsi” adlı ümumxalq etirazları keçirəcək. Fələstinli qruplar əhalini Sionist rejiminin cinayətlərinə qarşı qiyamı gücləndirməyə çağırıblar.
 
Məlumatda bildilirlir ki, Həmas-ın Əl-Xəlil əyaləti üzrə nümayəndəliyi ötən gün bəyanat yayaraq əhalini Sionist rejiminin cinayətlərinə qarşı “Qəzəb cüməsi” askiyasında aktiv iştirak etməyə çağırıb. 
 
Bəyanatda bildirilir: Qüds intifadası, birinci intifadanın xatirəsini anmaq və HƏMAS-ın yaradılmasının il dönümü münasibəti ilə cümə günü keçirilən aksiyalarda iştirak etməyə dəvət edirik. Ramullahdakı islami və milli qruplar bu mitinqdə gənclərin yanında olacaqlar. /
 

Google+ WhatsApp ok.ru