Fələstinli gənc 14 israillini öldürdü

21 yaşlı Fələstinli gənc  Əbdül Möhsin Həsunə işğal olunmuş Qüdsdə sionist mühacirləri avtomobil ilə vurub öldürdü. 
Maide.az xəbər verir ki,  Ə.M.Həsunənin  hücumu nəticəsində 14 israilli həlak olub, 2 nəfər də yaralanıb. İşğalçı israil hərbiçilərinin atəşi nəticəsində Ə.M.Həsunə  şəhid olub.
Qeyd edək ki, bir müddət öncə  daha bir Fələstinli  Qərb sahilinin şimalında 4 işğalçı israil hərbiçisini maşınla vurmuşdu və yaralamışdı. 
 Qərb sahilinin müxtəlif bölgələrində yerləşən fələstinlilərin mənzillərinə və Məscid-ul- Əqsaya sionist mühacirlərin hücumları davam etməkdədir. İndiyədək qarşıdurmalar zamanı 110 fələstinli şəhid olub, yüzlərlə fələstinli isə yaralanıb. İndiyədək 20 israilli həlak olub. /
 

Google+ WhatsApp ok.ru