Fələstində aclıq tətili genişlənir

Fələstin İslami Hərəkəti lideri Salah aclıq tətili edən Fələstinli jurnalist Kıyk ilə həmrəylik içərisində olduğunu göstərmək üçün aclıq aksiyasına başladı
 
Fələstin İslami Hərəkəti lideri Raid Salah 84 gündür aclıq tətili edən Fələstinli jurnalist Məhəmməd Əl-Kıyk ilə həmrəylik içərisində olduğunu göstərmək üçün müddətsiz aclıq aksiyasına başlayıb.
 
Maide.az xəbər verir ki, Ərəb Təqib Komitəsinə bağlı Azadlıqlar Komitəsinin üzvü Tofiq Məhəmməd açıqlamasında, Salahın İsrail Ali Məhkəməsinin Kıykın müalicəsi üçün Fələstin xəstəxanasına nəql edilməsi tələbini rədd etməsindən sonra müddətsiz aclıq aksiyasına başladığını bildirib.
 
Salahın imkanı olanları aclıq tətili aksiyalarına qoşulmağa çağırdığını deyən Məhəmməd, Ərəb Təqib Komitəsinin sədri Məhəmməd Berke ilə bərabər onlarla insanın aksiyaya qatılacağını qeyd edib.

Google+ WhatsApp ok.ru