Fələstinlilər cümə namazı üçün Qüdsə üz tutub

Qəzza zolağında yaşayan yüzlərlə fələstinli bu gün Məscid-ul-Əqsada cümə namazında iştirak etmək məqsədi ilə Qüdsə gediblər. 
Maide.az-ın məlumatına görə, Fələstin İnformasiya Mərkəzi elan edib ki,  200 fələstinli Qəzzadan bu gün  Beyt Hanun keçidi vasitəsi ilə  Qüdsə gediblər. Onlar Cümə namazında iştirak etmək məqsədi ilə Qüdsə üz tutublar. 
Qeyd edək ki, sionist İsrail rejimi Qəzzada yaşayan fələstinlilərdən yalnız 60 yaşdan yuxarı insanlara Qüdsdə - Məscid Əqsada namaz qılmağa icazə verir. 
Bundan əlavə, dünən Fələstin İslami Hərakatının sədri Şeyx Raid Səlah  saxlanılıb.

Google+ WhatsApp ok.ru