Fələstinin işğal olunmuş ərazilərində İsrailə zidd mitinq

Fələstinin işğal olunmuş ərazilərində yüzlərlə insan etiraz mitinqi keçirərək  Sionist İsrail rejiminin minlərlə bədəvi fələstinlini evlərindən köçürtmə layihəsinə etiraz ediblər. 
 
Maide.az xəbər verir ki, cümə axşamı  günü  400-dən çox  fələstinli  etiraz mitinqində iştirak edərək  İsrail əleyhinə şüarlar səsləndiriblər.  Onlar Ətir və Ümm al –Hiranda bədəvi fələstinlilərin  kəndlərini dağıdılmasını və orada İsraillilər üçün qəsəbələr tikilməsini dayandırmağı tələb ediblər. 
 
İşğalçı İsrail rejimi  Fələstinli bədəvilərin kəndlərini dağıtmalqa Nəqb bölgəsində yeni  qəsəbələr tikmək istəyir. 
 
Nəqb səhrasında hazırda 192 min bədəvi ərəb yaşayır.  İsrail rəsmiləri 1949-cu ildən Fələstinli bədəviləri öz evlərindən məcburi çıxardır. Evləri dağıdırvə  insanları köçməyə məcbur edir. /
 
 
 

Google+ WhatsApp ok.ru