Fələstinli gənclər işğala qarşı kitab oxudu - FOTO

Qəzzada onlarla Fələstinli gənc Qərbi İordan və Qüdsdə İsrail rejiminin pozuntularına qarşı başlayan xalq mübarizəsinə dəstək üçün kitab oxuma aksiyası keçirib.
 
Maide.az xəbər verir ki, təşkilatçı Mecdi Səlim tədbir çərçivəsində müxtəlif kitabların oxunduğunu bildirərək, "Kitab oxuma zənciri İsrail rejiminə, xalq qiyamı zamanı öldürülənlərin mədəniyyətli şəxslər olduğu mesajı verilməsi ilə yanaşı, Fələstinli gənclərin vətənlərini qorumaq cəhdinin, torpaqları üzərində İsrail üçün yer olmadığına dair sarsılmaz inanclarından qaynaqlandığı mesajını vermək istəyirik", - deyib.
 
FƏLƏSTİNLİ GƏNCİN VƏSİYYƏTİ
 
"Bilmək və oxumaq, ilk əvvəl mədəniyyətin möhkəmləndirilməsi ilə cəmiyyətin yaradılması üçün əhəmiyyətlidir. İkinci mərhələdə isə torpaqlarımızı qəsb edən işğalçılara qarşı bir silahdır", - deyən Səlim, belə davam edib:
"Bu tədbir 13 oktyabrda İsrail rejimi əsgərləri tərəfindən öldürülən Fələstinli Baha İlyanın hər bir Fələstinlinin evinə kitab girməsini nəzərdə tutan vəsiyyətinin bir hissəsidir. Müqavimət gəncliyinin beyin mərkəzinin yaradılması və işğalçı İsrailin istehsal etdiyi xətalı anlayışların düzəldilməsində oxumağın əhəmiyyəti böyükdür".
 
 

Google+ WhatsApp ok.ru