Fələstindən müsəlmanlara Məscidi-Əqsa çağırışı

 Fələstinin baş qazisi Mahmud əl-Həbbaş Qüds və Məscidi Əqsanın müsəlmanların nəzərində əhəmiyyətinə işarə edərək "Məscidi Əqsaya səfər vacibdir. Ya Məscidi Əqsanı müsəlmanların namazları ilə doldurarıq, ya da yəhudilərə verərik", - deyib.
 
Maide.az xəbər verir ki, Ərəb Birliyi Tunis Mərkəzi tərəfindən təşkil olunan "Qüds və Məscidi Əqsanın Qorunmasındakı Rolu" adlı konfransda Həbbaş, 2009-cu ildən bu yana Qüdsü ziyarət kampaniyası apardıqlarını söyləyib.
 
Həbbaş Qüdsü və Məscidi Əqsanı ziyarətin İsrail rejimi ilə münasibətlərin normallaşması anlamına gəlmədiyini vurğulayıb.
 
Qüdsün hər hansı bir torpaq parçası olmadığını bildirən Həbbaş, "Qurani-Kərimdəki ayələri və hədisləri nəzər almasaq, buranı da hər hansı bir yer olaraq qəbul edə bilərək" söyləyib.
 
Qüdsdə müsəlmanların sayının getdikcə azaldığına işarə edən Həbbaş, bunları qeyd edib:
 
"Qüdsdə yəhudilərin sayı 1 milyondur. Müsəlmanların sayı isə 300 minə qədər azalıb. İsrailin əsas hədəfi Qüdsü müsəlmanlardan təmizləməkdir. Bu səbəbdən əlindən gələn hər şeyi edir. Fələstinlilərin ev tikməsi qadağandır, olanlar da sənədsizdir".

Google+ WhatsApp ok.ru