Fələstinli məhbus Nobel Sülh Mükafatına namizəd göstərildi

Sionist İsrail rejimində 2002-ci ildən etibarən həbsdə olan İntifada hərəkatının liderlərindən fələstinli Mərvan əl-Bərqusinin Nobel Sülh Mükafatına namizəd göstərildiyi bildirilib.
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, argentinalı insan haqları müdafiəçisi Nobel mükafatı almış Adolfo Perez Eskivel Mərvan Əl-Bərqusini Nobel Sülh Mükafatına namizəd göstərib.
 
Tunisli Jurnalistlər İttifaqının "Fələstin Torpaq və Əsir Günü" adlı panelində çıxış edən Mərvan əl-Bərqusinin həyat yoldaşı vəkil Fedva əl-Bərqusi belə bir açıqlama ilə çıxış edib: "Cənubi Amerikadan müqavimətçi və Nobel Sülh Mükafatı almış Adolfo Perez Eskivel Mərvan əl-Bərqusini Nobel Sülh Mükafatına namizəd göstərib".
 
Bərqusi yüksək səviyyəli beynəlxalq bir komitənin yoldaşının və bütün fələstinli əsirlərin azadlığa buraxılmasına dəstək üçün işlər gördüyünü dilə gətirib: "Mərvanın namizədliyi Fələstin müqavimətinin qanuniliyinə bir dəstəkdir", - deyə Fedva Əl-Bərqusi bildirib./
 

Google+ WhatsApp ok.ru