Fəllücə əməliyyatı başlanıb

İraqın Baş naziri Haidar al-Abadi Fəllücə şəhərinin İŞİD terrorçularından azad olunması uğrunda əməliyyatın başlandığını elan edib.
 
Mayın 22-də televiziya ilə çıxışında Abadi deyib ki, İraq qüvvələri İŞİD üzərində “böyük qələbə anına yaxınlaşmaqdadır”.
 
Fəllücə Bağdaddan 65 km qərbdə yerləşir.
 
Bir müddət öncə İraqın quru qüvvələri Bağdaddan 380 km qərbdə yerləşən Rutba şəhərini yaraqlılardan geri alıblar.
 
İraq elan edib ki, vaxtilə İraq torpaqlarının 40 faizi İŞİD-in əlində idisə, indi cəmi 14 faizi qalıb.
 
İraq ordusu könüllü qüvvələr, eləcə də kürd peşmərgə qüvvələrin köməyi ilə bu bölgələri geri qaytara bilib.
 

 

Google+ WhatsApp ok.ru