`Fələstinlilərin evlərinin sökülməsi münasibətlərimizi çətinləşdirəcək`

Avropa Şurası İsrail rejiminin C zonasında fələstinlilərin evlərini dağıtmasını çox sərt şəkildə tənqid edib.
 
FaktXəbər-in MİQNyus-a istinadən verdiyi məlumata grə, Avropa Şurası  İsrail rejiminin İudey və Samara ərazisində C zonasında fələstinlilərin  evlərini dağıtmasına çox sərt şəkildə reaksiya verib. Qeyd edək ki, tikililər arasında AŞ-nın dəstəyi ilə inşa olunanlar da var idi.
 
Ərazidə koordinator general mayor  Yoav Mordehayla görüşü zamanı AŞ-nın İsraildəki  səfiri  Lars  Faaborq  Andersen bunun kütləvi şəkildə davam etməsinin  AŞ və İsrail rejimi arasında əlaqələr mənfi yöndə təsir edəcəyini bildirib.
 
Görüşün çox mürəkkəb və gərjin keçjdiyi bildirilir. Binaların sökülməsini qəti şəkildə etiraz edən AŞ səfiri  bəyan edib ki, israil rejiminin siyasəti ən müdafiəsiz fələstin sakinlərinə zərər verir.
 
Səfir həmçinin vaurğulayıb ki, təşkilat və 28 üzv ölkə  rejdim tərəfindən  fələstinlilərin  evlərinin sökülməsi iki ölkəyə böyük zərbə hesab edir: «Avropa ictimaiyyəti  evlərini sökülməsinə və sakinlərin məcburi köçürülməsinə  qarşı çıxır».
 

Google+ WhatsApp ok.ru