Fəllucə sakinləri İŞİD-dən xilas olmaq çıxış yolunu çaydan keçməkdə axtarır

Şəhərin 60 min əhalisi hələ də İŞİD-in əsirliyindədir. 
 
Sakinlərin əksəriyyəti Fərat çayından istifadə edərək İŞİD-dən xilas olmaq istəsələr də, bu çoxlarının ölümünə səbəb olub.
Məlumata görə, 7 uşaq, 3 qadın olmaqla 18 nəfər bu hadisə zamanı həyatını itirib. Onların çayı keçmək üçün taxtalardan, boş soyuduculardan və neft çənlərindən istifadə etdiyi bildirilir.
Bundan əlavə İŞİD üzvləri şəhəri tərk etmək istəyən sakinlərə atəş açaraq, çoxlarını öldürüb.(İslamazeri.az)
 
 

Google+ WhatsApp ok.ru