Fələstinlilər çoxmu içməli sudan məhrum olacaqlar?

Fələstinlilər çoxmu içməli sudan məhrum olacaqlar?

Fələstinin qərb sahilində yerləşən Sələfit şəhər sakinləri sudan məhrum olaraq, ciddi böhran yaşayırlar.
 
Maide.Az xəbər verir ki, Fələstinin qərb sahilində yerləşən Sələfit şəhər sakinləri işğalçı sionist İsrail rejiminin Mekorot su şirkəti tərəfindən susuz qalıblar.
 
Adıçəkilən şirkət mübarək Ramazan ayı daxil olan kimi fələstinlilərin suyunu kəsərək, onlara ciddi çətinliklər yaşadırlar, -Al Jazirə xəbər verir.
 
Fələstinin su təchizatı və birləşməsi yerli departamentinin rəhbəri Saleh Afani bildirir ki, ayın əvvəlindən şəhər sakinləri 30-40% normal su ilə təchiz olunurdular:
 
"Ramazan ayının ilk günüdən sionist şirkəti heç bir xəbərdarlıq etmədən suyumuzu kəsdi. O vaxtdan suyu bizə çox az miqdarda verirlər. Suyun həcmi yarıdan çox azaldılıb. Biz əhalinin rahatlığı üçün əlimizdən gələni edirik, lakin bu, krizisdir."-deyə, departament rəhbəri bildirib.
 
"Biz heç vaxt belə böhranı ilə üzləşməmişdik, xalqımıza kömək etmək üçün gecə-gündüz çalışırıq. Biz hər zaman Fələstin rəhbərliyinə müraciət edirik, hətta baş nazirə belə demişik, lakin, onlardan heç bir kömək yoxdur. Bunlara baxmayaraq, işğalçı İsrail rejimi bizə etdikləri zülümü danırlar.", -deyə şəhərin rəhbəri Şahir İştə bildirib. /

Google+ WhatsApp ok.ru