`Fərdi və ictimai inkişafın sirri Allahla rabitə yaratmaqdadır` - FOTO

`Fərdi və ictimai inkişafın sirri Allahla rabitə yaratmaqdadır` - FOTO

Bu gün "İmam Xomeyni (rə) adına Hüseyniyyədə yetkinlik həddinə çatmış şagirdlərin "Təklif bayramı" mərasimi keçirilib. 
 
Maide.Az xəbər verir ki, mərasimdə Tehran əyalətində olan məktəblərdən 2000 şagird iştirak edib. Allaha bəndəçilik hisslərini sevinclə yaşadan bu mərasimdə mömin yeniyetmələr "Şam" və "İşa" namazlarını Ali Rəhbər Ayətullah Xameneinin imaməti ilə qılıblar. 
 
Ayətullah Xamenei çıxış edərək “Təklif bayramını” "böyük Allaha diqqət və ibadət ", "səadət və xoşbəxtliyə yetmək üçün ilahi vəzifəni icra etmək" kimi dəyərləndirib“. İnsan həyatının müxtəlif mərhələlərində çoxlu hadisələri təcrübə edir ki, bu hadisələrlə qorxmazcasına üzləşmək, ilahi izzət və dünyəvi iftixarı əldə etmək üçün  insan öz mənəviyyatını möhkəmləndirməlidir. 
 
Ayətullah Xamenei bildirib ki, fərdi və ictimai inkişafın sirri Allahla rabitə yaratmaqdadır. “Bu gün Qərbdə süquta doğru addımlayan sivilzasiyanın ən böyük eybi Allahla rabitənin qırılmasıdır". 
 
Ayətullah Xamenei Allahla rabitə yaratmaq üçün Quran oxumağı və namaz qılmağı ən yaxşı vasitə olaraq tövsiyə edib: “Namazda insanın müxatəbinin mütəal və qadir Allahın olması həqiqətinə diqqət etmək təvəkkül, şücaət və özünəinamın artmasına səbəb olur. Buna görə də, namazı əvvəl vaxtda və diqqətlə qılın. Quran və onun hidayətbəxş və nurani mənası ilə daim ünsiyyətdə olun".
 
Ayətullah Xamenei düşmənlərin ölkədə iqtisadi, siyasi və mədəni nüfuzu üçün təlaşına toxunmuş, gənclər və yeniyetmələri təsir altına almağı düşmənin hədəfləri sırasında qeyd edib: “Siz əziz yeniyetmələr bu gün İran xalqının övladları və ölkənin sabahkı kişiləri və müdirlərisiniz. Sizlər düşmənin bu planının qarşısında amanda qalmaq üçün cəmiyyətdə daha fəal, şad və təsiredici rol oynamalısınız”. 
 
Ali Rəhbər deyib ki, cismani sağlamlığı idman və əlverişli qidalanma ilə, mənəvi sağlamlığın isə Allahı yad etmək, namaz, dua, təvəssül və şəhidləri xatırlamaqla təmin etmək olar. “Düşüncə sağlamlığını kitab oxumaqla əldə etməlisiniz. Mütəfəkkir və yaxşı yazıçıların kitablarını oxumaq düşüncə sağlamlığını təmin etmək üçün faydalı ola bilər”.
 
Ayətullah Xamenei deyib ki, əzizlərim, bu ölkənin gələcəyi sizə aiddir və siz ölkənin idarəedicisi və tarix yazanları olacaqsınız. Ona görə, imkanlardan istifadə etməklə özünüzü həmin gün üçün hazırlayın. 
 
Ayətullah Xamenei yeniyetmələrə şəhidlərdən özləri üçün nümunə götürməyi tövsiyə edib. “Bizim əziz şəhidlərimiz yeniyetmə və gənc yaşlarında ölkənin müstəqilliyi, mənafeyi və düşmənləri uzaqlaşdırmaq uğrunda öz dəyərli varlıqlarını, yəni canlarını Allah yolunda qurban veriblər. "Müqəddəs Müdafiə" dövrünə aid şirin və cəzbedici kitabları oxumaq sizi onların cəsarəti və fədakarlığı ilə tanış edə bilər“.
 
Ali Rəhbər söhbətinin sonunda yeniyetmələrə ata-analarına qədrdanlıq etməyi, onların ehtiramını saxlamağı, sevgi və məhəbbətlərini sevgi və məhəbbətlə qarşılamağı tövsyiə etmişdir.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru