Fəlsətinli qadın şairin sərbəst buraxılması üçün ABŞ-da kampaniya

Fəlsətinli qadın şairin sərbəst buraxılması üçün ABŞ-da kampaniya

Sionist İsrail rejimi əleyhinə şeir yazmaqda ittiham olunan Darin Tatur müvəqqəti olaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
Fəlsətinli qadın şair Darin Taturun sərbəst buraxılması üçün kampaniyaya start verilib. İşğalçı İsrail rejimi əleyhinə şeir yazmaqda ittiham olunan xanım Taturun sərbəst buraxılması üçün Nyu-Yorkda kampaniya həyata keçirilir.
 
Şairlər, yazıçılar və digər incəsənət nümayəndələrinin təşkilatçılığı ilə həyata keçirilən kampaniyada sionist rejiminə etirazlar olunur və şairin bəzi şeirləri oxunur.
 
Qeyd edək ki, işğalçı rejim əleyhinə şeir yazmaqda ittiham olunan Darin Tatur müvəqqəti olaraq 1 il müddətinə azadlıqdan məhrum edilib.
 
O cəzasını evində çəkir və evi tərk etməməsi üçün ayağına xüsusi qurğu bağlanılıb. (islamazeri) /
 
 
img

Google+ WhatsApp ok.ru