Fələstinlilər `Pizza Hut` restoranlarını baykot etməyə çağırır - FOTO

Fələstinlilər `Pizza Hut` restoranlarını baykot etməyə çağırır - FOTO

Fələstinlilər dünyanın müxtəlif ölkələrində “Pizza Hut” restoranlarının baykot edilməsini istəyir. 
 
Maide.Az xəbər verir ki, "Pizza Hut" restoranlar şəbəkəsinin işğalçı İsrail şöbəsi bazar ertəsi günü öz facebook səhifəsində İsrail rəsmiləri tərəfindən yayımlanmış videodan bir foto yayımlayıb və iddia edib ki, aprelin 17-dən aclıq aksiaysı keçirən "FƏTH" hərəkatının keçmiş lideri Mərvan Bərğusi yemək yeyir.
 
Saxta fotonun üzərində qırmızı xəttin üzərində “Bərğusi əgər aclıq aksiyanı pozmaq istəyirsənsə, nə üçün Pizza yeməyəsən?” cümləsi yazılıb.  
 
Eləcə də fotoda bir pizza qutusu taxtın altından çıxdığı və bir tikə pizzanın yuyucunun üzərində qoyulduğu görsənir.
 
"Pizza Hut" restoranının fələstinli məhbuslara qarşı bu hörmətsizliyinin ardınca "Pizza Hut" restoranlar şəbəkəsinin Amerikada yerləşən baş ofisi bəyanat yayaraq fələstinlilərdən üzrxahlıq edib. 
 
Qeyd edək ki, işğalçı İsrail rejimi həbsxanalarında mövcud olan dözülməz şəraitə və inzibati həbslərə etiraz əlaməti olaraq, eləcə də qohumlarla daha artıq görüş imkanının tələbi ilə 2000-dən çox fələstinli məhbus aprelin 17-dən aclıq aksiyasına başlayıb. 
 
İlk öncə aclıq aksiya iştirakçılarının sayı 700 nəfər idi lakin sonradan aclıq aksiya iştirakçılarının sayı getdikcə artdı və hazırda 2000 nəfərdən çoxdur. 
 
Beynəlxalq KİV-lərin məlumatına görə, İsrail rejim Həbsxanalar Təşkilatı  fələstinli məhbuslara sərin su içməyi qadağan edib və onları isti su içməyə məcbur edir. 
Xatırladaq ki, hazırda 6500 nəfərdən çox fələstinli işğalçı İsrail rejim həbsxanalarında saxlanılr ki, onlardan 62 nəfəri qadın və 300 nəfəri isə yeniyetmə və uşaqlardır. (presstv) /
 
Image result for boycott pizza hut
 

Google+ WhatsApp ok.ru