Fələstinin əsas iki cinahı vahid hökumət məsələsində yekun razılığa gəliblər

Fələstinin əsas iki cinahı vahid hökumət məsələsində yekun razılığa gəliblər

HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmail Həniyyə elan edib ki, Fəth və HƏMAS hərəkatları Misirin təşəbbüsü və vasitəçiliyi ilə aparılan danışıqlardan sonra razılığa gəliblər.
 
HƏMAS bundan öncə elan etmişdi ki, Qəzza zolağına nəzarət edən hakimiyyətini yəni “İdarə Komitəsi”ni ləğv edir və buradakı dövlət dairələrini Fəth hərəkatının başçılıq etdiyi Rami Hamdullah hökumətinə və onun nazirlərinə verir.
 
Fəth və HƏMAS hərəkatları sonuncu dəfə 2005-ci ildə Fələstin Muxtariyyəti hökumətinin iclaslarında birgə idilər. 2006-cı ildəki parlament seçkiləri onları bir-birindən ayırmış və HƏMAS o zamandan Qəzzada hakimiyyətə başlamışdı.
 
Məlumata görə Fələstin Muxtariyyətinin baş naziri Rami Həmdullah və onun nazirləri  Qəzzadakı dövlət dairələrini təhvil alacaqlar. 
 
Bəzi ekspertlərin fikrinə görə, Misir hökumətinin və Səudiyyənin təzyiqi, Qətərdən, Türkiyə və İrandan HƏMAS-a gələn maddi resurslarının nəzarətə götürülməsi, Qətərlə- Səudiyyə komandası arasındakı insident iki Fələstin cinahının yaxınlaşmasının əsas səbəblərindəndir. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru