Fələstindəki yeganə onkoloji xəstəxana bağlanır

Fələstindəki yeganə onkoloji xəstəxana bağlanır

Fələstinin işğal olunmuş ərazisində, Beytül-Müqəddəsin şərqində fəaliyyət göstərən və fələstinli xərçəng xəstələrinə xidmət göstərən yeganə xəstəxana  bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb. 
 
Maide.Az “Əl Cəzirə”yə istinadən xəbər verir ki,  xəstəxananın bağlanmasına səbəb maliyyə çatışmamazlığıdır. 
 
Məlumata görə,  Qərbi Şəriyədə və Qəzzada yaşayan fələstinlilərə dializ və şüa müalicəsi xidmətləri göstərən “Augusta Victoria Hospital” (AVH)   maliyyə böhranına görə xəstələrə xidmətdən imtina edib və bu xəstələr üçün təhlükə yaradıb. 
 
Qeyd edək ki, xəstəxanaya müraciət edənlərin 35 faizi Qəzza zolağından,  65 faizi isə Qərbi Şəriyyədəndir. 
 
Xəstəxana  bəzi ehtiyaclarını xeyriyyəçi insanların, Avropa İttfaqının dəstəyi və  skok satışı ilə təmin edib. Lakin  xərçəng xəstələri üçün müalicə xərcləri çox olduğu üçün lazimi maddi vəsaiti təmin etməkdə çətinlik çəkir.
 
Bildirilir ki,  Fələstin hökumətinin  xəstəxanaya 51 milyon dollar  borcu var.
 

Google+ WhatsApp ok.ru