Fələstinlilər tarixi `Əka` məscidni xilas etməyə çalışır

Fələstinlilər tarixi `Əka` məscidni xilas etməyə çalışır

-- Sionist rejimi Əka şəhərinin tarixi məscidini dağıtmaq istəyir

Sionist rejimi Əka şəhərinin tarixi və qədimi "əl-Burc" məscidini dağıtmaq üçün məkərli planlar hazırlayıb. Əka şəhərinin cavanları bu planların qarşısını almaq üçün çağırış ediblər.
 
Maide.Az "İqna"-a istinadən xəbrə verir ki, Əka şəhərinin ictimaiyyət nümayəndələri  "Əka təhlükədədir; Qalan irsimizi məhv edilməkdən xilas edək" devizi ilə ümumi çağırış edərək, ərəblərdən və Əka əhalisindən bu tarixi məscidi sionistlərin mənfur planı və hiyləsindən xilas etmək üçün kömək istəyib.
 
Gənclərin çoxlu təşkil etdiyi Fələstinli ictimaiyyət nümayəndələri  bu çağırışda vətəndaşlardan istəyib ki, məsicidə Cümə namazına gəlsinlər, məsdicin xilası üçün keçirilən toplantıya qatılsınlar. 
 
İctimaiyyə nümayəndələrinin  bəyantında deyilir ki, İsrail Əka şəhərinin "əl-Burc" qəsəbəsindəki tarixi, mədəni və qədimi tikili hesab edilən "Bustan" kinozalını dağıdıb. Sionistlər bu şəhərin yəhudiləşdirilməsi üçün geniş plan hazırlayıb və buna görə də şəhərin İslami mahiyyətini məhv etməyə çalışırlar.
 
Qeyd edək ki, Əka şəhərinin tarixi və mədəniyyətinin bir hissəsi olan "Əl-Burc" məscidi bu şəhərin 1948-ci ildə işğalından sonra bağlanmışdı və 2014-cü ildə yenidən istifadəyə verilib. Amma son günlərdə yəhudilər bu şəhərin tarixi və mədəni abidlərini dağıtmaqla məşğuldur. Onlar "əl-Burc" qəsəbəsindəki tarixi, mədəni və qədimi tikili hesab edilən "Bustan" kinozalını dağıdıb. Buna görə də fələstinlilər narahatdır və qorxurlar ki, bu dəfə əl-Burc məscidi sionistlər tərəfindən dağıdılsın. 

 

Google+ WhatsApp ok.ru