Fələstinlilər cümə namazı üçün Məscidül-Əqsanın Şam Qapısında

Fələstinlilər cümə namazı üçün Məscidül-Əqsanın Şam Qapısında

-- İşğalçı İsrail əsgərləri əllərində itlərlə Məscidül-Əqsada axtarış aparır

ABŞ-ın Qüds qərarından sonra fələstinlilərin küçələrə çıxdığı Qüdsdə cümə günü yenə təzyiq yüksəkdir. 
 
Maide.Az xəbər verir ki, Fələstinlilər cümə namazı üçün Məscidül-Əqsanın Şam Qapısında toplanıb.
 
İsrail ötən həftədən bu yana fələstinlilərə hücum edir, hüquqsuz bir şəkildə nəzarətlərini davam etdirir. 
 
Fələstinlilər cümə namazı üçün Məscidül-Əqsanın Şam Qapısında toplanır.
 
 İsrail əsgərlərinin Qüds və Məscidül-Əqsada "təhlükəsizlik" bəhanəsilə etdiyi qalmaqallı hərəkətlər də Fələstinin yerli mətbuatında əks olunub.
 
İşğalçı  İsrail əsgərləri əllərində itlərlə Məscidül-Əqsada axtarış aparır və həyətində gəzir. 
 
Qeyd edək ki, fələstinlilərin Üçüncü İntifadasında ölən və yaralananların son statistikası açıqlanıb. Fələstinlilərin ABŞ prezidenti Donald Trampın Qüdsün işğalçı rejimin paytaxtı kimi tanımasına qarşı etiraz aksiyaları davam edir. İndiyədək Fələstinlilərin üçünci intifadasında 6 nəfər həyatını itirib, 200 nəfər yaralanıb. 
 
Fələstin İnformasiya Mərkəzinin veridyi məlumata görə, ötən gün də Qərbi Şəriyədə və Qəzzada fələstinlilər və işğalçı rejim qüvvələri arasında qarşıdurmalar baş verib. Ötən günki qarşıdurmalarda Qərbi Şəriyədə ən az 40 fələstinli işğalçı rejim əsgərlərin açdığı atəş nəticəsində yaralanıb. İşğalçı rejimin Qəzzada etiraz edən fələstinlilərə hücumu zamanı da ən az 25 nəfərin yaralandığı bildirilir. (yenisafak)
 
 

Google+ WhatsApp ok.ru