Fələstində 4-cü qəzəb cüməsində onlarla fələstinli yaralanıb

Fələstində 4-cü qəzəb cüməsində onlarla fələstinli yaralanıb

-- Sionist qüvvələri tərəfindən bir neçə fələstinli tutulub

Ötən gün İordan çayının qərb sahili rayonlarında və Qəzza ilə sərhəddə olan bölgələrdə və habelə Fələstinin işğal edilmiş bölgələrində Sionist rejiminin təcavüzü nəticəsində yüzlərlə fələstinli yaralanıb.
 
ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı birtərəfli və sərsəm qərarına etiraz edən fələstinlilərlə Sionist rejimi qüvvələri arasında ötən günkü toqquşmada yüzlərlə yaralı var.
 
Ötən günkü etiraz aksiyalarında ölən olmayıb. Lakin Sionist qüvvələri tərəfindən bir neçə fələstinli tutulub.
 
Bu arada HƏMAS dəgər fələstinli qrupları Qüdsün gələcəyinin təmin edilməsi üçün vahid və real plan ortaya qoymağa çağırıb. HƏMAS bu planda faydasız və vaxt alan danışılqarın olmasını istisna edib.
 
Fəth hərəkatının liderlərindən biri Əzzam əl-Əhmədi də əl-Məyadinə verdiyi müsahibədə bildirib ki Fələstin dövləti Qüdssüz mümkün olmayacaq.
 
Qeyd edək ki, BMT-in qətnamələrinə əsasən Fələstin – İsrail münaqişəsi iki dövlətin təsisi prinsipi əsasında həyata keçməlidir. Bu prinsipə əsasən Qüds tam şəkildə İsrailin paytaxtı ola bilməz. (İslaminSesi)
 

 

Google+ WhatsApp ok.ru