`Fələstinin cəsur qızı` Təmimi üçün məktəblərdə kampaniya başladıldı

`Fələstinin cəsur qızı` Təmimi üçün məktəblərdə kampaniya başladıldı

-- Kampaniya İsrail rejimi tərəfindən nəzarətə alınan uşaqların problemlərinin işıqlandırılması məqsədi güdür

Fələstin Təhsil Nazirliyi İsrail rejimi tərəfindən nəzarətə alınan 16 yaşlı fələstinli Əhəd əTəmimiyə dəstək üçün kampaniya başladıb.

Kampaniya çərçivəsində Fələstindəki məktəblərdə keçiriləcək bir sıra tədbirlərlə İsrail rejimi tərəfindən nəzarətə alınan uşaqların problemlərinin işıqlandırılması məqsədi güdülür.

Təhsil Nazirliyi və bəzi müəssisələrinin bazasında təşkil olunan kampaniyanın ilk dayanacağı olaraq Təmiminin nəzarətə alınmadan əvvəl təhsil aldığı Ramallahdakı Əl-Bire Qız Liseyi seçilib.

Təhsil naziri Səbri Saydam liseydəki çıxışında bu tədbirin işğal qüvvələrinin yaşayış və təhsil həyatından məhrum etdiyi fələstinli uşaqlara dəstək olan məktəblər üçün keçirildiyini qeyd edib. 

Xatırladaq ki, işğalçı İsrail əsgərləri Təmimini 19 dekabrda Ramallahda ailəsiylə yaşadığı evə basqın təşkil etdikdən sonra nəzarətə almışdı. Təmiminin anası Nərimanın isə qızı ilə bağlı məlumat almaq üçün getdiyi Ramallah şərqindəki nəzarət məntəqəsində İsrail əsgərləri tərəfindən nəzarətə alındığı qeyd edilmişdi.

Ofer Hərbi Məhkəməsi 25 dekabrda Təmimi ailəsinin nəzarət müddətini 4 gün sonra 5 daha sonra isə 8 gün uzatmışdı. "Fələstinli cəsur qız" kimi tanınan Əhəd 2012-ci ildə qardaşı saxlanıldıqda İsrail əsgərlərinə qarşı göstərdiyi davranış səbəbiylə İstanbulda "Hənzələ Cəsarət Mükafatı"na layiq görülmüşdü. (eastnews.org)

Google+ WhatsApp ok.ru