Fələstinlilər ABŞ vitse-prezidenti Pensin səfərinə etiraz ediblər

Fələstinlilər ABŞ vitse-prezidenti Pensin səfərinə etiraz ediblər

-- fələstinlilər ABŞ bayrağını yandırıb və...

İordan çayının qərb sahilində yerləşən Beytullahimdəki Mehd (Şəfəq) kilsəsi həyətində toplaşan onlarla fələstinli ABŞ vitse-prezidenti Mayk Pensin bölgəyə səfərinə etiraz edib.
 
Maide.Az bildirir ki, FaktXəbr-in məlumatına görə, fələstinlilər ABŞ bayrağını yandırıb və Pensin səfərini pisləyən plakatlar qaldırıb.
 
Aksiyaya qatılan fəallardan Mazin əl-İzzə bildirib ki, bu mitinqlə Pensə Fələstin məsələsini ləğv etməyi hədəfləyən layihələrin uğurlu olmayacağı mesajını verirlər.
 
Yaxın Şərq turuna ötən gün Misirdən başlayan Pens İordaniyadan sonra İsrailə getmişdi. Pensin 2 gün davam edəcək  sionsit İsrail rejiminə səfəri çərçivəsində Knessettə çıxış etməsi və rejimin baş naziri Binyamin Netanyahu ilə görüşü gözlənilir.
 
Pens səfər ərəfəsində etdiyi çıxışında, Qüdsün İsrailin paytaxtı olaraq qalması lazım olduğunu söyləmişdi. Fələstin rəhbərliyi Pensin səfərini ABŞ prezidenti Donald Trampın 6 dekabr 2017-ci ildə Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı verməsinə etiraz olaraq boykot qərarı çıxarmışdı.
 

Google+ WhatsApp ok.ru