Fələstində jurnalist olmaq ölümü gözəl almaq deməkdir

Fələstində jurnalist olmaq ölümü gözəl almaq deməkdir

-- Son 18 ildə işğalçı rejim 21 fələstinli jurnalisti öldürüb

Fələstinli jurnalist Yasir Mürtəcanın Qəzzada işğalçı sionist İsrail rejiminin əsgərləri tərəfindən qətlə yetirilməsi, bu ölkədə işləyən jurnalistlərin ölümlə üz-üzə olduqlarını bir da sübut etdi.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, jurnalistin aprelin 6-da “Böyük Qayıdı Yürüşü”nü işıqlandıran zaman iş başında, həm də üstündə “Press” yazılmış jilet və qoruyucu dəbilqəsi olmasına baxmayaraq öldürülməsi onun bilərəkdən hədəf alındığı deməyə əsas verib.
 
Əlbəttə ki, bu ilk belə hal deyil. Beynəlxalq Jurnalistləri Müdafiə Təşkilatı (CPJ) son 18 ildə 24 jurnalistin sionist əsgərlər tərəfindən qətlə yetirildiyini açıqlayıb.
 
Onlardan 21-i fələstinli, 3-ü isə əcnəbi olub.
 
Qeyd edək ki,  2014-cü il fələstinli jurnalistlər üçün ən qanlı il olub.
 
İşğalçı İsrail ordusunun Qəzzaya hücumu samanı 2100 fələstinli şəhid olub. Sərhədsiz Reportiyorların məlumatına görə, İsrail ordusunu Qəzzaya təcavüzü nəticsəində 12-i jurnalist həyatını itirib ki, onlardan 11-i fələstinlidir. 
 
BMT-nin məlumatına görə,  işğalçı rejimin 2014-cu ildə Qəzzaya hücumları zamanı  16 fələstinli jurnalistin evi dağıdılıb, 8 media qurumuna aid bina yerlə yeksan edilib. 
 
2017-ci ildə işğalçı rejim 740 dəfə jurnalistlərin hüquqlarını pozub.  Bu rəqəm 2016-cı illə müqayisədə 33 faiz çoxdur. 
 
Hazırda işğalçı rejim  həbsxanalarında 28 fələstinli jurnalist həbsdə saxlanılır. 
 
 
 

Google+ WhatsApp ok.ru