Fələstinlilər “Nəkbə” aksiyası keçirdi

Fələstinlilər “Nəkbə” aksiyası keçirdi

-- “Qayıdış hüququndan əl çəkmək yox”, “Paytaxtı Qüds olan Fələstin” Şüarlari səsləndirilib

Sionis İsrail tərəfindən işğal olunmuş Fələstin torpaqlarında yaşayan fələstinlilər “Nəkbə”nin (Böyük fəlakət) 70-ci ili münasibətilə Hayfada aksiya keçiriblər.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, aksiyaya siyasi hərəkatlardan və xalq komitələrindən minlərlə fələstinli qatılıb.
 
Aksiya “Sizin (yəhudilərin) müstəqillik gününüz, bizim “Nəkbə" (Böyük fəlakət) günümüzdür” adı altında baş tutub.
 
Bundan başqa, “Qayıdış hüququndan əl çəkmək yox”, “Paytaxtı Qüds olan Fələstin” Şüarlari səsləndirilib.
 
Qeyd edək ki, sionist İsrail 14 may 1948-ci ildə Fələstin torpaqlarını işğal edərək dövlət qurduqlarını elan ediblər. Bu hadisədən sonra fələstinlilər dogma torpaqlarından didərgin salınıb. Geridə qalan illərdə 531 kənd etnik təmizləməyə məruz qalıb.
 
 

Google+ WhatsApp ok.ru